"Fransa Ukraynada sülhün tərəfdarıdır, lakin..." - Makron

 23:04 06.06.2024     235

"Fransa Ukraynada sülhün tərəfdarıdır, lakin Kiyevin təslim olması bahasına deyil".

Redaktor.az lenta.ru"ya istinadən xəbər verir ki, bu şərti Fransa prezidenti Emmanuel Makron müsahibəsində qeyd edib.

“Sülh danışıqlar yolu ilə əldə edilməlidir”, - o vurğulayıb.

Fransa lideri həmçinin ukraynalı pilotların hazırlanması üçün təlimatçılar cəlb edəcəyinə söz verib.

Yusif EYVAZLI