Lavrovdan Baydenin Moskvaya zərbələr endirilməsi ilə bağlı açıqlamasına REAKSİYA
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Co Baydenin "ABŞ ukraynalıların Amerika silahları ilə Moskvaya və ya Kremlə hücum etməsinə icazə vermir" bəyanatına münasibət bildirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, Baydenə təəssüfləndiyini deyib.
“Sadəcə bir insana yazıqdır. Sırf insani səbəblərdən onun beynində düşüncələrin necə yarandığını, hərəkətlərin necə olduğunu anlamaq çətindir", - deyə XİN rəhbəri bildirib.
Turan İSMAYIL