ABŞ Qəzzadakı məktəbə zərbəyə görə İsraildən cavab gözləyir

 23:37 06.06.2024     213

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsindəki məktəbə hücumu ilə bağlı məlumatların açıqlanmasında İsrailin şəffaf olmasını gözləyir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"İsrail hökuməti bildirib ki, bu zərbə ilə bağlı əlavə məlumat, o cümlədən öldürülənlərin adları açıqlanacaq. Biz onlardan bu məlumatın açıqlanmasında tam şəffaflıq gözləyirik", - o deyib.

Millerin sözlərinə görə, İsrail rəhbərliyinin nümayəndələri ABŞ-dən olan həmkarları ilə təmasda “əsasən ictimai sahədə olduğu kimi eyni şeyi deyirlər”. ABŞ rəsmisi qeyd edib ki, onlar məktəb binasında “20-30 HƏMAS üzvü və digər yaraqlıların” gizləndiyini və məktəb binasının “yalnız bir hissəsinə” hücumda dəqiq idarə olunan sursatlardan istifadə edildiyini iddia edirlər.

Xatrıladaq ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat vermişdi ki, onun döyüşçüləri kəşfiyyat məlumatlarına əsaslanaraq, Nuseyratdakı UNRWA məktəbinin ərazisində yerləşən Həmas kompleksinə dəqiq zərbələr endiriblər. Ordu yaraqlıların məktəbdən sığınacaq kimi istifadə etdiyini və yaxın gələcəkdə hücumlar təşkil etməyi planlaşdırdıqlarını bildirib və hücuma qarışmayan insanların riskini azaltmaq üçün bir sıra addımların atıldığını bildirib.

Turan İSMAYIL