Kreml Baydenin Putini təhqir etməsinə münasibət bildirdi

 23:56 06.06.2024     229

ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələri yalnız onun öz reputasiyasına xələl gətirir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” və “Hadas” telekanallarının nümayəndələri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdan iyunun 6-da Putini diktator və vicdansız şəxs adlandıran Baydenin sözlərinə münasibət bildirməsini istəyiblər.

“Amerika prezidentinin sözləri ancaq onun reputasiyasına xələl gətirir... Putin bu cür həyasızlığa heç cür cavab vermir və etməyəcək”, - Kremlin sözçüsü bildirib.

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Co Bayden dəfələrlə Vladimir Putin haqqında təhqiramiz fikirlər səsləndirərək onu diktator, qəssab, hakimiyyətdə qalmamalı olan hərbi cinayətkar adlandırıb.

22 fevral 2024-cü ildə Bayden San-Fransiskoda qapalı kampaniya tədbirində çıxışı zamanı Putini “dəli oğlu” adlandırıb.

Turan İSMAYIL