Polşa Rusiyanın endirdiyi zərbələrə görə təyyarələri havaya qaldırdı

 08:59 07.06.2024     165

Polşa müttəfiq ölkələri ilə birlikdə bu gecə Rusiyanın Ukrayna ərazisinə kombinə edilmiş hava hücumuna görə döyüş təyyarələrini havaya qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının mətbuat xidməti bildirib.

Bəyanatda təyyarələrin Polşanın hava məkanında fəaliyyətə başladığını qeyd edib və bunun “xüsusilə ölkənin cənub-şərq hissəsində gurultu səviyyəsinin artmasına səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib.

“Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının qanadlı raketlər, “Şahid” pilotsuz uçuş kompleksləri və o cümlədən Ukraynanın qərb ərazisində yerləşən obyektlərə ballistik raketlərlə zərbə endirilməsi ilə bağlı intensiv aktivlik müşahidə olunur”, – bəyanatda diqqətə çatdırılıb.

Polşa hərbçiləri onu da xatırladıblar ki, bundan əvvəl Rusiya aviasiyasının aktivliyi iyunun 1-nə keçən gecə Ukraynanın qərb vilayətlərinə hücumları zamanı qeydə alınıb.

“Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və Silahlı Qüvvələrin Operativ Komandanlığı vəziyyəti daim izləyir”, – komandanlıq vurğulayıb.

Xatırladaq ki, bu gecə, iyunun 7-də Rusiya Silahlı Qüvvələrinin növbəti kütləvi aviahücumu ilə əlaqədar Ukraynada genişmiqyaslı hava həyəcanı elan edilib. Bu əsnada Odessada “Şahidlər”in hücumu zamanı partlayış səsləri eşidilib, lakin mümkün fəsadlar barədə hələlik məlumat verilməyib.

Daha sonra bir neçə strateji təyyarənin (Tu-95) Rusiyada havaya qalxması qeydə alınıb, bir müddət sonra Ukrayna ərazisinə qanadlı raketlərin buraxıldığı bəlli olub.