Bu ölkə miqrantların Avropa İttifaqından çıxarılmasını dəstəklədi

 10:31 07.06.2024     164

Finlandiya sakinlərinin təxminən yarısı miqrantların Avropa İttifaqından (Aİ) göndərildiyi “Ruanda” adlanan sığınacaq modelini dəstəkləyib. 

Redaktor.az bu barədə “lenta.ru”ya istinadən xəbər verir. 

Bildirilir ki, 1006 nəfərin iştirak etdiyi sorğuya əsasən, respondentlərin 40 faizi Aİ dövlətlərinin öz hüdudlarından kənarda sığınacaqla bağlı müraciətlərə baxılması üçün ölkələr arasında əməkdaşlığın olmasına razılaşıb.

Respondentlərin 31 faizi bu fikirlə razı olmayıb. 28 faiz isə tərəfsiz olduğunu qeyd ediblər. 

Bundan öncə keçirilən sorğularda isə Finlandiya əhalisinin yarıdan çoxu Aİ qoşunlarının Ukraynaya göndərilməsininə tərəfdar olsa da, miqrantların ölkəyə buraxılmasının əleyhinə olduqlarını qeyd etmişdilər.

Yusif SƏMƏDZADƏ