Yaponiya, ABŞ və Cənubi Koreya gəmiləri ilk birgə təlim keçirdi

 14:18 07.06.2024     153

Yaponiya, Amerika və Cənubi Koreyanın sahil mühafizə gəmiləri Kioto prefekturasının yaxınlığında Yapon dənizində ilk birgə təlim keçirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Təlim ssenarisinə əsasən, Yapon dənizində iki gəmi toqquşub, bundan sonra üç ölkənin sahil mühafizə gəmiləri axtarış-xilasetmə əməliyyatını hazırlayıb həyata keçirməyə başlayıb.

Yaponiya, ABŞ və Cənubi Koreya da gəmidəki yanğının söndürülməsi, məlumat mübadiləsi və ekipajın xilas edilməsi üzrə təlimlər keçirib.

Təlimdə hər ölkədən bir olmaqla üç sahil mühafizə gəmisi və ABŞ və Yaponiyadan iki helikopter iştirak edib. 

Turan İSMAYIL