ABŞ Ukraynaya 200 milyon dollardan çox yardım ayırdı
ABŞ Prezidenti Cozef Bayden Kiyevə 225 milyon dollar yardım ayrıldığını açıqlayıb.
Redaktor.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“ABŞ Prezidenti Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketi açıqlayıb. Bunun üçün Ukrayna Prezidenti Volodimir Zelenski ona təşəkkür edib”, - agentlik qeyd edib.
Bildirilib ki, Bayden hazırda Fransada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirir.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Antoni Blinken də danışıqlarda iştirak edir.
Qeyd edək ki, yardım paketinin məzmunu hələ rəsmi şəkildə açıqlanmayıb.