Ermənistan Almaniya ilə hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzaladı

 17:41 07.06.2024     210

Ermənistan və Almaniyanın Müdafiə nazirlikləri arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzalanıb.

Redaktor.az bu barədə "Sputnik Armenia"ya istinadla xəbər verir.

Məlumata görə, nazir müavini Karen Brutyanın başçılıq etdiyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Berlindədir və “ILA Berlin 2024” sərgisində iştirak edir.

Səfər çərçivəsində Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Benedikt Zimmer, eləcə də digər rəsmi şəxslər və hərbi sənaye şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Ermənistan və Almaniya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub, sənədlər imzalanıb.

Turan İSMAYIL