"İkinci Dünya Müharibəsinin əsgərləri bu gün Putinə qarşı vuruşardılar" - Bayden
ABŞ prezidenti Co Bayden Fransanın Normandiya şəhərində çıxışı zamanı qəribə bəyanatla çıxış edib.
Redaktor.az xəbər verir ki, o, nasist Almaniyasına qarşı döyüşən əsgərlərin bu gün Rusiya prezidenti Vladimir Putinə qarşı Amerikanın yanında dayanacağını irəli sürüb.
Bayden həmçinin Hitlerin təcavüzünə qarşı çıxan əsgərlərin Amerikadan bu gün “Putinin təcavüzünə qarşı durmasını” istəyəcəklərinə şübhəsinin olmadığını iddia edib.
Xatırladaq ki, Bayden Müttəfiqlərin Normandiyaya enişinin 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
"Politico" yazıb ki, Bayden bu çıxışı 1984-cü ildə Normandiyadakı alovlu çıxışı ikinci müddətə seçilməsinə kömək edən Ağ Evin keçmiş rəhbəri Ronald Reyqanın uğurunu təkrarlamaq niyyətindədir. Reyqan həmin çıxışında Amerikanın Sovet İttifaqına qarşı qətiyyətindən danışıb.
Sultan AYXAN