Moskvada ən bahalı evin kirayə QİYMƏTİ

 20:16 07.06.2024     291

Moskva vilayətində ən bahalı evin kirayəsi ayda 8,8 milyon rubla başa gəlir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, göstərilən məbləğə siz Rublevo-Uspenskoye şossesində yerləşən malikanəni icarəyə götürə bilərsiniz. Sahəsi 1,4 min kvadratmetrdir. Evdə vanna otağı olan bir neçə yataq otağı, iki ayrı soyunma otağı, iki ofis, qonaq otağı, barı olan mətbəx-yemək otağı, idman otağı, səhər yeməyi sahəsi olan terras var.

Bundan əlavə 50 sot torpaq sahəsində hamam və üç maşınlıq qaraj var.

Yusif EYVAZLI