İstanbulda kafedə atışma - 4 nəfər yaralandı

 20:39 07.06.2024     280

İstanbulun Avcılar səmtindəki kafedə baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən “Halk” telekanalı məlumat yayıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Televiziya şirkətinin məlumatına görə, üç nəfər atəş açıb. Hücum edənlər hadisə yerindən avtomobillə qaçıblar, polis onları axtarır. Hadisənin səbəbi aydınlaşdırılır, kafedə kriminal qarşıdurma baş verdiyi ehtimal edilir. 

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən