Bu ölkədə rekord dərəcədə istilərdən 90 nəfər ölüb

 23:51 07.06.2024     241

Martın 17-dən bəri Meksikada rekord istilər səbəbindən azı 90 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyinin dərc etdiyi ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatda deyilir.

“Cari isti mövsümdə martın 17-dən oktyabrın 5-dək yüksək temperaturla bağlı 90 ölüm faktı qeydə alınıb”, - deyə nazirlikdən bildirilib.

Meksikalılar üçün yüksək temperaturun nəticələrinə istilik vurması, susuzlaşdırma və yanıqlar daxildir. Ən çox insan - 25 nəfər Körfəz sahilindəki Verakruz ştatında və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.

Səhiyyə Nazirliyi də yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Aşağı Kaliforniya və Sonora ştatlarında termometr 45 dərəcəni keçəcək.

Turan İSMAYIL