İsrail ordusu biri Rusiya vətəndaşı olan 4 girovu azad etdi
İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirib və nəticədə 2023-cü il oktyabrın 7-dən girov olan 4 nəfəri azad edib.
Redaktor.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına əsasən əməliyyat Qəzzanın mərkəzi hissəsində yerləşən və fələstinli qaçqınların yaşadığı Nuseyrat bölgəsində keçirilib.
Əməliyyat zamanı 21 yaşlı Almoq Meir, 25 yaşlı Noa Aqramani 40 yaşlı Şlomi Ziv və Rusiya vətəndaşlığı olan 27 yaşlı Andrey Kozlov azad edilib.
Qeyd olunur ki, azad edilən şəxslər 2023-cü il oktyabrın 7-də Nova musiqi festivalının keçirildiyi ərazinin yaxınlığından qaçırılıblar.