Şimali Koreya Cənubi Koreyaya yenə zibilli şarlar göndərdi

 22:31 08.06.2024     181

Koreya Xalq Demokratik Respublikası (KXDR) yenə Koreya Respublikasının ərazisinə içərisində zibil olan balonlar buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Açıqlamada, ictimaiyyətə şimaldan gələn, içərisində zibil olduğu deyilən şarlara toxunmamaq və polisə xəbər vermələri tövsiyə edilib.

Qeyd edək ki, Cənubi Koreya mayın 29-da da Şimali Koreyanın zibillə dolu olan 150-dən çox şarı göndərdiyini bildirib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq bu şarların göndərilməsini öz növbəsində “ifadə azadlığı” kimi qiymətləndirib.

Bunun ardınca Cənubi Koreya Şimalın hava şarları göndərməsini və Kim Yo-jonqun bu hadisəni “ifadə azadlığı” kimi təsvir etməsini qəti şəkildə pisləyib.