İndoneziyada ilan 45 yaşlı qadını uddu
İndoneziyanın Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində piton qadını udub.
Redaktor.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.
Bildirilir ki, 45 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.
Axtarışlar zamanı kənd sakinləri qadının itkin düşdüyü yerin yaxınlığında 5 m uzunluğunda iri qarnı olan piton tapıblar. İtkin düşən qadın ilanın mədəsində tapılıb.
Qeyd edək ki, İndoneziyada pitonun insanı udması halı ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb.