Türkiyədə ağır yol qəzası - 2 nəfər öldü, 30 nəfər yaralandı

 12:45 09.06.2024     240

İyunun 9-da səhər saatlarında Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili ilə avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Qəza səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli yaxınlığında baş verib. Sürücülərinin adları və dövlət nömrələri bəlli olmayan <...> sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub”, – agentlik bildirib.

Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri sərnişinidir. Yaralanan 30 nəfərdən isə dördünün durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.