Bayden və Makron Cənubi Qafqazda sülhü dəstəklədiklərini bəyan etdilər
ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar.
Redaktor.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər.
Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.
Xatırladaq ki, Co Bayden və Emmanuel Makron iyunun 8-də Parisdə danışıqlar aparıblar.