İrəvanda hökumət əleyhinə aksiya keçirilir

 19:14 09.06.2024     214

"Vətən Naminə Tavuş" hərəkatının lideri, keşiş Baqrat Qalstanyan çağırışı ilə İrəvanın Respublika meydanında hökumət əleyhinə mitinq başlayıb.

Redaktor.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, Baqrat Qalstanyan mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu və mitinqdə atacağı qəti addımı açıqlayacağını bildirib.

Bir qrup gənc də müxtəlif istiqamətlərdə yürüş keçirərək aksiyaya qoşulub.