İsrailin müdafiə naziri Benni Qantz istefa verdi

 23:16 09.06.2024     141

İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.

Redaktor.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib. "Hökumətdən gedişim haqqında qərarım çox mürəkkəb və ağrılıdır" - B. Qantz belə deyib.

Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.

O, baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.