"Seçkilərdən sonra Aİ-də əhəmiyyətli dəyişikliklər olacaq"
“Avropa Parlamentinə keçirilən seçkilər ittifaqda və ayrı-ayrı dövlətlər daxilində vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərəcək”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “ERTNews”a müsahibəsində Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis bildirib .
Onun sözlərinə görə, Avropa İttifaqının iki əsas qüvvəsi olan Fransa və Almaniyada seçkilərin nəticələri dövlətlərin formalaşan daxili siyasi ab-havasını xeyli dəyişir:
“Fransada ifrat sağçılar səslərin 37%-ni qazanır və prezident Makrona açıq şəkildə məğlub olur, Almaniyada isə Sosial Demokratlar koalisiya hökumətində üçüncü yerdədir. Biz hər iki halda əhəmiyyətli dəyişikliklər gözləyirik”.
O, həmçinin istənilən çətinliyin öhdəsindən gəlmək imkanının olması üçün Aİ institutlarının düzgün və səlahiyyətli strukturlaşdırılmasının vacibliyini qeyd edib.
Yusif SƏMƏDZADƏ