Türkiyədə mədən çökdü - Ölənlər var

 10:54 10.06.2024     156

Türkiyənin Ərzincan əyalətinin İliç rayonunda mədənin çökməsi nəticəsində torpaq altında qalan beş fəhlənin meyiti çıxarılıb.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Ərzincan əyaləti valiliyinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, bu il fevralın 13-də İliç rayonunda mədəndə baş verən çöküntü nəticəsində doqquz fəhlə itkin düşmüşdü.

Digər dörd nəfər barədə hələ də məlumat yoxdur.