Belqorodda Ukrayna PUA-sı vuruldu

 18:58 10.06.2024     215

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində daha bir Ukrayna pilotsuz təyyarəsini (PUA) vurub.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 10-da Moskva vaxtı ilə saat 16:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə nazirlik bildirib.

Qeyd edək ki, Ukrayna PUA-ları tez-tez Rusiyanın Belqorod vilayətinə hücum edirlər.

Turan İSMAYIL