Netanyahu ilə Blinken arasında görüş keçirilir
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Antoni Blinkeni Qüdsdəki ofisində qəbul edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
İclasda İsrail tərəfdən İsrailin strateji planlaşdırma naziri Ron Dermer və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi də iştirak edir.
Ofisdən bildirilib ki, görüşün sonunda İsrail və Amerika tərəfinin digər rəsmilərinin iştirakı ilə geniş müzakirələr aparılacaq.
Blinken iyunun 12-dək davam edəcək növbəti Yaxın Şərq turu çərçivəsində Qüdsə İsrailə gəlib. Günün birinci yarısında Misirdə olub. İsraildən sonra İordaniya və Qətərə səfər etməyi planlaşdırır.
Yusif EYVAZLI