İlon Mask ABŞ Prezidentinin oğlunun korrupsiyada iştirakının yoxlanılmasını istəyir

 22:17 10.06.2024     169

Amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlu Hunter Baydenin xaricdəki korrupsiyada mümkün iştirakının hərtərəfli araşdırılmasının vacibliyini bəyan edib.

"Onun şəxsi vaxtlarında etdiklərinin cəmiyyətə heç bir təsiri yoxdur, lakin görünür, o, başqa ölkələrdə korrupsiya ilə məşğul olub. Bu, hərtərəfli araşdırmaya layiqdir", - deyə o "X" də yazıb.

Qeyd edək ki, bu gün Hunter Baydenin məhkəməsinin ikinci həftəsi başlayıb. Bu, Amerika tarixində ilk dəfədir ki, vəzifədə olan prezidentin övladı mühakimə olunur. İttihamnaməni ABŞ Ədliyyə Nazirliyi təqdim edib. Hunter Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə başlayıb, o zaman onun həmin dövrdə narkotik vasitələrdən istifadə etdiyi və eyni zamanda revolverə sahib olduğu məlum olub. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.

Turan İSMAYIL