"Hizbullah" PUA-ları İsrailin Qolan təpələrindəki qərargahına hücum etdi
“Hizbullah” döyüşçüləri Suriyanın işğal altında olan Qolan təpələrində İsrail hərbçilərinin qərargahına zərbələr endirmək üçün kamikadze dronlardan istifadə ediblər.
Redaktor.az xəbər verir ki, bBu barədə qurumun "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqavimətinin döyüş pilotsuz təyyarələrinin uçuşu Qolan təpələrində Nafahda yerləşən “HaBaşan” 210-cu ərazi diviziyasının qərargahına, əsgər və zabitlərin məskunlaşdığı binalara hücum edib. Nəticədə düşmən qüvvələri itki verib”, - mətndə qeyd edilir.
Bundan başqa, Qərbi Qalileydəki Ştula və Hətta Menaxem qəsəbələrində İsrail hərbi düşərgələri çoxsaylı raket sistemlərindən atəşə tutulub. Şiə qoşunları həmçinin Bayad və Ramim sərhəd bölgələrində düşmənin mexanikləşdirilmiş patrul dəstələrinə idarə olunan raket hücumları həyata keçirib. Bu hücumların nəticələri barədə məlumat verilmir.
Turan İSMAYIL