"Almaniya Ukraynanın Avropadakı əsas donorudur" - Kansler
İyunun 11-də Berlində keçirilməsi planlaşdırılan Ukraynanın Bərpa Konfransı 90 ölkənin nümayəndələrini bir araya gətirəcək, lakin bərpa prosesinin dərhal başlaması üçün hərbi əməliyyatların dayandırılması lazımdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın federal kansleri Olaf Şolz bildirib.
O vurğulayıb ki, Almaniya Ukraynanın Avropadakı əsas donorudur və Berlin lazım olduğu müddətdə Kiyevə kömək etməyə davam edəcək.
Turan İSMAYIL