Hakan Fidan Azərbaycanla Ermənistan arasındakı sülh sazişindən danışdı
Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Türkiyəli diplomat görüşlərdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müzakirələr aparıb.
Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşü də nəzərdə tutulub.