Pakistanın ilk homoseksual klubunu açmaq istəyən şəxs "dəlixana"ya göndərildi

 23:34 10.06.2024     172

Pakistanın ilk gey klubunu açmağa cəhd edən şəxs məcburi müalicəyə göndərilib. 

Redaktor.az xəbər verir ki, bu barədə "The Telegraph"a anonim mənbə məlumat verib.

Məlum olub ki, pakistanlı ölkənin şimalındakı mühafizəkar şəhər olan Abbottabadda klub yaratmaq üçün müraciət edib. Eyni zamanda, Pakistanda eynicinsli münasibətlər qanunla qadağandır və günahkarları iki ildən ömürlük həbs cəzası gözləyir.

Fəalın yazdığı bəyanatda onun “şərti olaraq Lorenzo klubu” adlandırılacaq gey klubunda cinsi əlaqənin (öpüşməkdən başqa) olmayacağını bildirməsinə baxmayaraq, səlahiyyətlilər həmin şəxsi psixiatriya xəstəxanasına göndəriblər.

Qeyd edilir ki, gey klubunun açılacağı babrədə elan sosial şəbəkələrə sızaraq yerli sakinləri və siyasətçiləri hiddətləndirib. Sağçı Pakistan Awami Tehreek (PATY) partiyasının lideri Nasir Xan Nazir bildirib ki, klubun açılmasına icazə verilərsə, "çox ciddi nəticələr" olacaq. Həmin partiyadan olan digər millət vəkili isə binaya benzin tökərək yandıracağını bildirib.

AYAN