"Terrorçuların regionda istənilən planlarını məhv edəcəyik" - Müdafiə naziri
Türkiyə cənub sərhədlərinin yaxınlığında terror təşkilatlarının nəzarət etdiyi zonanın yaradılmasına dair planların reallaşdırılmasına yol verməyəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin yerləşdiyi regionda, xüsusən də Suriya ərazisində istənilən problemlər yalnız Ankaranın mövqeyi nəzərə alınmaqla tənzimlənə bilər və tənzimlənməlidir.
“Biz regionda reallıqların dəyişdirilməsi, o cümlədən Suriya ərazisində terrorçuların kvazi-dövlət qurumunun yaradılmasında növbəti mərhələ kimi psevdoseçkilərin təşkili cəhdlərini qətiyyətlə əleyhinəyik. Ankara terrorçuların regionda istənilən planlarını məhv edəcək”, – deyə Güler vurğulayıb.
Müdafiə naziri qeyd edib ki, Türkiyəyə bitişik bölgələrdə vəziyyət haqqında kəşfiyyat məlumatları bildirməyə əsas verir ki, terror təşkilatları yaraqlılarının sıraları seyrəkləşir.
“Bu, Türkiyə Hərbi Qüvvələrinin uğurlu antiterror əməliyyatlarının nəticəsidir. Yaraqlılar üçün yeganə çıxış yolu - silahı yerə qoyub Türkiyə ədalət mühakiməsinə təslim olmaqdır”, – deyə nazir vurğulayıb.