Rusiya qırıcısı qəzaya uğradı - pilotlar həlak oldu

 09:09 11.06.2024     136

Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiya dağlarında qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır”, - deyə məlumatda bildirilib.