HƏMAS BMT Təhlükəsizlik Şurasının Qəzzaya dair qətnaməsini alqışladı
Fələstinin Həmas hərəkatı Qəzza zolağında daimi atəşkəs tələb edən qətnaməyə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
“HƏMAS BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil olanları alqışlayır”, - bəyanatda deyilir.
Sənəddə HƏMAS-ın razılaşmaların həyata keçirilməsi üçün dolayı danışıqlara hazır olduğu qeyd edilir.