Qırğızda kütləvi iğtişaşa çağırış edənlər saxlanıldı

 09:28 11.06.2024     127

Kütləvi iğtişaşlar təşkil etməyə çağırış edən iki Qırğız vətəndaşı respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) mətbuat mərkəzindən məlumat verilib.

“Dövlət Təhlükəsizlik Komitəsi İssık-Kul vilayətində əməliyyat-istintaq tədbirləri zamanı "WhatsApp" vasitəsilə yerli fermerləri kütləvi iğtişaşlar təşkil etməyə və süd maşınını götürməyə çağıran iki respublika vətəndaşını müəyyən edib", - məlumatda deyilir.

Bir neçə gün əvvəl İssık-Kul bölgəsində fermerlər südün ucuz alış qiymətlərindən narazılıqlarını bildirərək etiraz aksiyaları təşkil ediblər.

“Süd məhsulları istehsalçıları tərəfindən südün qiymətinin mövsümi ucuzlaşması fonunda həmin şəxslər 1 mindən çox iştirakçısı olan WhatsApp qruplarında regionda ictimai asayişi pozan dağıdıcı hərəkətlərə çağıran audio mesajlar yayıblar”, - deyə mətbuat mərkəzindən bildirilib.

Məhkəmə-linqvistik ekspertiza müəyyən edib ki, şübhəlilərin yayılan səs yazılarında “kütləvi iğtişaşlar təşkil etməyə çağırış əlamətləri var”.

Dövlət Təhlükəsizlik Komitəsi vətəndaşları ictimai asayişi pozmamağa, sosial şəbəkələrdə yayılan təxribatlara uymamağa çağırıb. 

Turan İSMAYIL