İrəvana aparan yollarda postlar quruldu

 10:09 11.06.2024     193

Bu gün səhər saatlarından İrəvana aparan bütün yollarda postlar qurulub.

Redaktor.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, polis əməkdaşları sürücülərin sənədlərini, eləcə də avtomobilin yük yerini təftiş edir.

Ararat və Vayots Dzor vilayətlərində də polis gücləndirilmiş iş rejiminə keçib. Bu istiqamətlərdə də paytaxta və geriyə hərəkət edən avtomobillər ciddi şəkildə yoxlanır.