"Rusiya ilə İran arasında hərtərəfli saziş hələ imzalana bilməz" - Lavrov

 15:50 11.06.2024     172

Rusiya ilə İran arasında hərtərəfli saziş hələ imzalana bilməz, lakin sənədin mətni tam razılaşdırılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında əməkdaşlıq haqqında dövlət sazişi üzərində işlərə gəlincə, bəli, mətn tam razılaşdırılsa da, hələ ki, imzalana bilməz”, - Lavrov bildirib.

Xarici işlər naziri qeyd edib ki, Tehran Rusiya və İran arasında hərtərəfli müqavilənin mətninin prezidentlərin imzalanması üçün təqdim edilməsi üçün bir sıra prosedur addımları yerinə yetirməlidir.

“Lakin bu müqavilənin prezidentlərin təsdiqinə təqdim edilməsi və müvafiq olaraq imzalanması üçün İran İslam Respublikası tərəfindən artıq qanunda təsbit olunmuş məsələlər üzrə bir sıra prosedur və qanunvericilik tədbirləri həyata keçirilməlidir. Müqavilə hələ ki, tamamlanmayıb”, - deyə o bildirib.

Turan İSMAYIL