Almaniya Ukraynaya təlimatçılar göndərməyəcək - Kansler
Almaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə Ukrayna ərazisində təlim keçmək üçün təlimatçılar göndərmək niyyətində deyil.
Redaktor.az TASS-a istinadla xəbər verr ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.
“Bildiyiniz kimi, biz Ukrayna Silahlı Qüvvələrinin öz ərazimizdə təlimi ilə bağlı dəstək vermək qərarına gəldik”, - o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Turan İSMAYIL