Rusiya İsrailin Nuseyrat əməliyyatını PİSLƏDİ
Rusiya başqalarını xilas etmək üçün yüzlərlə günahsız insanın qurban verilməsini qəbuledilməz hesab edir.
Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında İsrailin Nuseyrat əməliyyatını şərh edərkən deyib.
“Oktyabrın 7-də baş verən terror aktına və İsrailin cavab olaraq istifadə etməyə başladığı üsullara reaksiya verdiyimiz kimi, günahsız insanların xilası üçün heç bir günahı olmayan yüzlərlə insanın qurban verilməsini qəbuledilməz hesab edirəm”, - deyə nazir bildirib.
Xatırladaq ki, iyunun 8-də İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti əməliyyat nəticəsində 2023-cü il oktyabrın 7-də oğurlanmış dörd israillinin azad edildiyini bildirib.
Qəzzanın Səhiyyə Nazirliyi İsrailin əməliyyatı nəticəsində ən azı 274 fələstinlinin həlak olduğunu bildirib.
Turan İSMAYIL