Rusiya bu halda real sülhə gedən yol axtarmağa məcbur olacaq - Zelenski AÇIQLADI

 16:50 11.06.2024     120

"Rusiya Federasiyası yalnız qonşularını terror etmək imkanları məhdudlaşdıqda həqiqi sülhə gedən yol axtarmağa məcbur olacaq".

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şolzla birgə brifinq zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, müharibə yalnız ona görə davam edir ki, Rusiya lideri  Vladimir Putin terroru, zərbələri və ümumilikdə hərbi əməliyyatları davam etdirmək imkanına malikdir.

“Rusiyanın qonşularını terror etmək imkanları məhdudlaşdıqdan sonra, Rusiya nəhayət, real sülhə gedən yol axtarmağa məcbur olacaq, çünki bu, Putinin əsas üstünlüyüdür: raket zərbələri, idarə olunan bombalar, zərbə endirmə təyyarələri”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukrayna və onun müttəfiqləri real sülhə nail olmaq üçün “rus terrorunun qarşısını almalıdırlar”.

Qeyd edək ki, Zelenski bu yaxınlarda deyib ki, Rusiya Federasiyası ilə müharibə Ukrayna qalib gələnə qədər davam edəcək. Eyni zamanda, düşmən müvəqqəti işğal olunmuş əraziləri tərk edərsə, onun tamamlanmasını sürətləndirə bilər.

Turan İSMAYIL