Polşa Prezidenti Ukraynanın təcili NATO-ya üzv qəbul edilməsinə çağırıb
Polşa Prezidenti Anjey Duda Ukraynanın Şimali Atlantika Alyansına qəbulu ilə bağlı rəsmi prosedurun mümkün qədər tez başlanılmasına çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
"Biz hamımız Ukraynanın Avropa İttifaqına üzvlük cəhdlərini dəstəkləyirik, lakin bu ölkənin NATO-ya daxil olması prosesinin mümkün qədər tez başlamasını tələb edirik", - deyə Polşa lideri bildirib.
Onun sözlərinə görə, birinci mərhələ Kiyevə alyansa qoşulmaq üçün rəsmi dəvət olmalıdır.
Sultan AYXAN