Akropol müvəqqəti olaraq bağlanacaq - SƏBƏB

 19:58 11.06.2024     231

Hər gün minlərlə turistin ziyarət etdiyi qədim Akropolun arxeoloji ərazisi iyunun 12-si çərşənbə günü və ondan sonrakı günlərdə yüksək temperatur səbəbindən saat 12:00-dan 17:00-a kimi bağlanacaq.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Afina şəhərinin Qədim Əsərlər Müfəttişliyi məlumat yayıb.

Tipik olaraq, Afina Akropolunu hər gün saat 08:00-dan 20:00-a kimi ziyarət etmək olar. Müfəttişlik qeyd edib ki, vətəndaşlara və turistlərə arxeoloji ərazilərə baş çəkərkən susuzlaşdırma, qızdırma və isti vurma kimi sağlamlıq problemlərindən qaçmaq üçün lazımi özünümühafizə tədbirlərinə əməl etmələri tövsiyə olunur.

Yunanıstanın çox hissəsi kölgədə 43 dərəcəyə çatan çox isti hava ilə üzləşib. Bununla əlaqədar olaraq, səlahiyyətli orqanlar bu müddət ərzində körpələr evi, uşaq bağçası, eləcə də imtahanların keçirildiyi məktəblərin bağlanması barədə göstəriş verib. Məktəblərin, idarə və müəssisələrin distant işləməyə köçürülməsi tövsiyə olunur.

Yusif EYVAZLI