"Qərbdən hava hücumundan müdafiə sistemi gözləyirik" - Zelenski

 20:59 11.06.2024     175

"Ukrayna hakimiyyəti gözləyir ki, Qərb tərəfdaşları tezliklə Kiyevə daha iki və ya üç hava hücumundan müdafiə sistemi təhvil verməyə qərar verəcəklər".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz həm ABŞ, həm də bəzi digər avropalı tərəfdaşlarla işləyirik, lakin mən hələlik Avropadan kiminlə olduğunu söyləmək istəmirəm, çünki biz yaxın gələcəkdə müsbət nəticələr gözləyirik”, - o, Almaniyanın müdafiə naziri Boris Pistorius ilə keçirdiyi mətbuat konfransında bildirib.

İyunun 8-də Zelenski həmçinin bəyan edib ki, Kiyev Qərb ölkələri ilə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə edib.

Yusif EYVAZLI