Putin bu tarixdə Ərdoğanla görüşə bilər

 21:16 11.06.2024     201

Rusiya prezidenti Vladimir Putin iyulda Astanada keçiriləcək sammit çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşməyi gözləyir.

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

“Sizdən xahiş edirəm ki, prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız, ümid edirəm ki, yaxın gələcəkdə o Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq”, - deyə Rusiya lideri Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib.

İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Yusif EYVAZLI