Yüzlərlə polis Ermənistan parlamentini mühasirəyə aldı

 14:18 12.06.2024     279

Ermənistan parlamentinin binasına yüzlərlə polis gəlib. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçiriləcək aksiyaya mane olmaq üçün cəlb ediliblər.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Polis parlament binasına tikanlı məftil də gətirib. N.Paşinyan hazırda parlamentdədir. Onun hökumət saatında iştirak edəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən