"Paşinyan demədi ki, biz KTMT-dən çıxırıq" - Mirzoyan
"Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, dedi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik".
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə iyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada bildirib.
“O dedi ki, nə vaxt ayrılacağımıza qərar verəcəyik, amma geri qayıtmayacağıq. Nə az, nə çox deyilən budur. Əgər kimsə iddia edirsə ki, baş nazir deyib ki, Ermənistan KTMT-dən çıxır, deməli yanılır. Bunu sübut etmək çox asandır”, - o qeyd edib.
Turan İSMAYIL