Ermənistan polisi etirazçılara xəbərdarlıq etdi

 19:14 12.06.2024     207

İrəvanın Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində keçirilən aksiyanın bəzi iştirakçıları polislərə şüşə atıb, polis divarını yarmaq istəyərkən polisin dəbilqə və dəyənəklərini götürüblər.

Redaktor.az "tert.am"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.   Polis bir daha aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə, qarşıdurmalara səbəb olmamağa çağırıb.

"Hər hansı qanunsuz davranış müvafiq olaraq cəzalandırılacaq", - deyə Ermənistan polisi xəbərdarlıq edib.

Xatırladaq ki, İrəvanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir.

Turan İSMAYIL