Paşinyan parlamentdə polislərin onu döyməsindən DANIŞDI

 19:30 12.06.2024     242

Ermənistanda Nikol Paşinyana qulluq edən polis yoxdur. Polis əməkdaşları Ermənistan Respublikasına xidmət edir.

Redaktor.az "tert.am"a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Milli Assambleyada bildirib. 

Artsvik Minasyana üz tutan Paşinyan deyib ki, o, hakimiyyətə gəlməzdən əvvəl polis qüvvələri tərəfindən də döyülüb.

"Cənab Minasyan, siz təsəvvür belə etməyəcəksiniz ki, məni nə qədər polis döyüb. Baş nazir vəzifəsini tutandan sonra heç bir işin arxasınca getmədim, çünki hesab edirdim ki, polis öz işini görüb", - deyən baş nazir sonda əlavə edib ki, polis özünə deyil, Ermənistana xidmət edir.

Turan İSMAYIL