Ağac kişi və nəvəsinin üzərinə aşdı - Hər ikisi öldü

 20:35 12.06.2024     342

Üzərlərinə ağac düşən kişi və uşaq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Şçelkovo üzrə istintaq şöbəsinin müstəntiqi yerli sakin və onun doqquz yaşlı nəvəsinin aldıqları xəsarətlər nəticəsində ölümü ilə bağlı araşdırma təşkil edib”, - məlumatda deyilir.

İlkin məlumata görə, kişi nəvəsi ilə birlikdə çimərlikdən parkın ərazisindən qayıdırmış. Yağışlı güclü külək zamanı onlar bir ağacın altına sığınıblar. Bu zaman ağac parçası onların üzərinə düşüb.

Hazırda hadisə yerində müstəntiqlər və kriminoloqlar işləyirlər.

Yusif EYVAZLI