Dünyanın ən hündür binası Rusiya bayrağına "büründü"

 20:39 12.06.2024     220

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin əsas görməli yerlərindən biri və dünyanın ən hündür binası olan Burj Xəlifə göydələni Rusiya Günü münasibətilə Rusiya bayrağının rəngləri ilə işıqlandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Qeyd edək ki, bina 163 mərtəbəlidir. Onun tikintisi 2004-cü ildən 2010-cu ilə qədər davam edib və 1,5 milyard dollara başa gəlib.

Turan İSMAYIL