İrəvanda etirazçılara qarşı cinayət işi açıldı

 22:33 12.06.2024     147

Ermənistan İstintaq Komitəsi İrəvanda etirazçılara qarşı kütləvi iğtişaşların təşkilinə görə cinayət işi açıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, mitinq iştirakçıları polisin tələblərinə tabe olmayaraq, polis əməkdaşlarına qarşı zorakılıq tətbiqi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədiblər.

Polis Ermənistan parlamentinin binası yaxınlığında aksiyada və polislə qarşıdurmada iştirak edən “Vətən uğrunda Tavuş” hərəkatının 86 tərəfdarını saxlayıb. 

Yusif EYVAZLI