ABŞ Ukraynaya yenə "Patriot" yollayır
ABŞ Polşadakı anbarlardan Ukraynaya ikinci "Patriot" hava hücumundan müdafiə batareyasını göndərəcək.
Redaktor.az “The Washington Post”a istinadən xəbər verir ki, komplekslər Polşada əvvəlcədən hazırlanan silah anbarlarında yerləşir və yaxın günlərdə Ukrayna ordusunun arsenalna verilməsi planlaşdırılır.
Qeyd olunur ki, silah sisteminin Polşanın cənub-şərqindəki aerodromdan göndərilməsi gözlənilir.
Belə ki, bundan sonra da həmin aerodrom Pentaqonun Ukrayna Silahlı Qüvvələrinə təchizat göndərilməsi üçün yükdaşıma bazası kimi istifadə ediləcək.
Yusif SƏMƏDZADƏ